Modern.az

Prezident təqaüdü alacaq tələbələr bu ali məktəblərdə oxuyacaqlar - SİYAHI

Prezident təqaüdü alacaq tələbələr bu ali məktəblərdə oxuyacaqlar - SİYAHI

Təhsil

13 Sentyabr 2018, 11:24

2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında  ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum oldu.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.

Qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.

 

Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.

Ali Məktəbin adı

nəfər

1

Bakı Ali Neft Məktəbi

26

2

Azərbaycan Tibb Universiteti

24

3

Azərbaycan Dövlət İqtisad Universiteti

18

4

Bakı Dövlət Universiteti

12

5

ADA Universiteti

11

6

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

8

7

Polis Akademiyası

1

8

Naxçıvan Dövlət Universiteti

1

9

AzərbaycanDövlətNeftvəSənayeUniversiteti - UFAZ

1

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu