Modern.az

Skripalı zəhərləməkdə şübhəli bilinənlər: “Biz QRU agenti deyilik”

Skripalı zəhərləməkdə şübhəli bilinənlər: “Biz QRU agenti deyilik”

13 Sentyabr 2018, 14:41

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Sergey Skripalı və onu qızı Yuliya Skripalı “Noviçok” maddəsi ilə zəhərləməkdə şübhəli bilinən Aleksandr Petrovla Ruslan Başirov danışıb.

Modern.az saytının onlar “Sputnik”ə müsahibəsində deyiblər ki, QRU əməkdaşı deyillər.

Petrov və Boşirov bildiriblər ki, onlar sadəcə olaraq biznesmendirlər və Solsberiyə dostlarının məsləhətlərini almaq üçün gediblər.

 

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey S.Skripal və qızının zəhərlənməsində rəsmən Rusiyanı ittiham edib. Onun sözlərinə görə, əməliyyat, çox güman, Kreml tərəfindən razılaşdırılıb.

 

"Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi işi üzrə şübhəli şəxslər Rusiya hökumətinə məlumdur".

 

Bunu isə Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, bunlar mülki şəxslərdir. Dövlət başçısı onları ortaya çıxmağa və KİV ilə ünsiyyət qurmağa çağırıb.

 

Bu ilin martın əvvəlində 66 yaşlı keçmiş polkovnik qızı ilə birlikdə Solsberi ticarət mərkəzində olarkən özünü qəfildən pis hiss edib. Sonradan onların "Noviçok" maddəsi ilə zəhərləndiyi məlum olub. 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı