Modern.az

İlham Əliyev Ayaz Mütəllibovun xahişi ilə bağlı GÖSTƏRİŞ VERDİ

İlham Əliyev Ayaz Mütəllibovun xahişi ilə bağlı GÖSTƏRİŞ VERDİ

14 Sentyabr 2018, 11:03

“Məsələ ilə bağlı dərhal prezident İlham Əliyev göstəriş verib. Prezidentin tapşırığına əsasən, məsələ yerindəcə araşdırılıb və həll olunub”. 


Bunu Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibovun köməkçisi onun yaşadığı binanın foyesinin zəbt edilməsi barədə məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq foyenin satılması aradan qaldırılıb.

“Binada başqa insanlar da yaşayır. Təbii ki, məsələ bina sakinlərinin, o cümlədən də Ayaz müəllimin xeyrinə həll olunub. İnsanların tapdalanan hüquqları bərpa edilib. Məsələ ilə bağlı Ayaz müəllim mətbuata geniş açıqlama verməyib. Yəqin ki, zərurət yaranarsa, Ayaz müəllim özü bu barədə nəsə deyər”.

Qeyd edək ki, məsələ ilə bağlı Virtualaz.org məlumat yayıb. Bildirilib ki, bu yaxınlarda Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ölkə rəhbərliyinə, ələlxüsus Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, hadisəyə müdaxilə etməyi və bəzi dövlət orqanlarının qanunsuz hərəkətlərinin qarşısını almağı xahiş edib. Ayaz Mütəllibov Qurban Xəlilov-5 ünvanındakı evdə yaşayır.

Bu, N.Nərimanovun heykəlinin yaxınlığında tikilmiş ilk hündürmərtəbəli yaşayış evlərindən biridir. Vergi cinayətləri törətdikdən sonra ölkədən qaçmış şirkət rəhbəri bəzi məmurlarla əlbir olaraq, onların köməyi ilə çoxmərtəbəli yaşayış evinin foyesini özəlləşdirib və indi onu satmaq istəyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi