Modern.az

Xərçəngə tutulan jurnalist Nigar İsmayılqızı VƏFAT ETDİ

Xərçəngə tutulan jurnalist Nigar İsmayılqızı VƏFAT ETDİ

14 Sentyabr 2018, 11:17

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist-yazıçı Nigar İsmayılqızı vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat paylaşıb.

Məlumat üçün bildirək ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.

Ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, N.İsmayılqızına dəstək kampaniyası başlatmışdılar.

Nigar İsmayıl qızı İsmayılova 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AzTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?