Modern.az

“Qarabağ nizamlanmasında yeni təkliflər gözlənilir”

“Qarabağ nizamlanmasında yeni təkliflər gözlənilir”

7 Dekabr 2009, 12:48

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona yeni səfəri gözlənilir. Modern.az-ın məlumatına görə,  görüş ərəfəsində Azərbyacan xarici işlər nazirinin müavini Araz Əzimov maraqlı açıqlama verib. Onun sözlərinə görə, həmsədrlər səfər çərçivəsində Azərbaycan və Ermənistana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni təkliflər verə bilərlər.

“Yaxın zamanlarda həmsədrlər regiona gələcəklər. Ola bilər ki, onlar bizə yeni təkliflər versinlər”- deyə Araz Əzimov bu gün  jurnalistlərə bildirib.

 

Diplomat əlavə edib ki, bu təkliflərin işlənib hazırlanması Azərbaycan və Ermənistan prezidentlərinin görüşü əsasında olacaq və bu, münaqişənin həll edilməsi yönündə irəliləyişə sübut hesab edilə bilər.

 

XİN rəsmsi qeyd edib ki, Azərbaycan danışıqlar prosesində nəticə əldə edilməsinə çalışır və erməni tərəfinin danışıqlar prosesini uzatmasına qarşı çıxır.

 

Vasitəçlərin regiona növbəti səfəri ayın sonunda gözlənilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir