Modern.az

Ərdoğanla Putin Suriyaya görə təcili görüşəcək

Ərdoğanla Putin Suriyaya görə təcili görüşəcək

14 Sentyabr 2018, 13:15

Rusiya və Türkiyə prezidentləri sentyabrın 17-də yenidən görüşəcəklər.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşün detalları barədə danışan xarici işlər naziri Mövlud Çavuşoğlu Putinlə Ərdoğanın Suriyanın İdlib vilayətində yaranmış vəziyyəti müzakirə edəcəklərini deyib.

 

“İdlibdə vəziyyət çox ağırdır. Biz dinc sakinlərə qarşı hücumları dayandırmağa çalışırıq”.

 

Görüşün hansı formada keçirilməsi ilə bağlı suala cavab verməyən Çavuşoğlu görüşün Soçidə baş tutacağını əlavə edib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir