Modern.az

Bakıda 11 məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakıda 11 məktəbə yeni direktor TƏYİN EDİLDİ

14 Sentyabr 2018, 17:14
Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub.
 
Modern.az xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
 
Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.
 
"Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı