Modern.az

Müxalifət hökumətin qərarını ALQIŞLADI  

Müxalifət hökumətin qərarını ALQIŞLADI   

14 Sentyabr 2018, 18:26

Sabah - sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək.

Parad Qafqaz İslam Ordusunun Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad etəmisinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçiriləcək. 

 Azərbaycan müxalifəti bu paradı necə dəyərləndirir? Sabah paradda iştirak edəcəklərmi?

 

Modern.az məsələ ilə bağlı bəzi partiya nümayəndələrinin fikrini öyrənməyə çalışıb.

 

Müsavat Partiyasnın sədri Arif Hacılı:

“Biz saat 12-yə Türk Şəhidliyində Müsavat Partiyasının toplantısını təyin etmişik. Həmin tədbirdə iştirak edəcəyik. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq münasibətlərinə aid olan bütün məsələləri müsbət dəyərləndirirəm”.

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli:

“Əvvəla onu qeyd edim ki, 15 sentyabrın Azərbaycanda bayram günü kimi təqvimə daxil olması ilə bağlı hələ İlyas İsmayılov parlamentin deputatı  olanda təklif etmişdi. Daha sonra bununla bağlı biz Milli Məclisin rəhbərliyinə də müraciət etdik. Çünki ölkənin varlığı paytaxtından başladığı kimi, paytaxtın işğaldan azad edilməsi də bayram günü kimi qeyd olunmalıdır.

İctimaiyyətin də diqqətini bu məsələyə cəlb etmək üçün 15 sentyabr bayram kimi qeyd olunmalıdır. 15 sentyabrın təbliğ edilməsi ilə bağlı atılan bütün addımlar təqdirəlayiqdir. Bu münasibətlə paradın keçirilməsi özü də müsbət addımdır. Biz çox istərdik ki, orada təkcə Milli Məclisin deputatları və seçilmiş şəxslər olmasınlar. Bizə paradda iştirakla bağlı hər hansı bir dəvət olunmayıb. Amma çalışacağıq ki, paradda iştirak edək”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Bunu çox yüksək dəyərləndiririk, Azərbaycan üçün fəxr ediləsi bir haldır. Qafaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illiyi keçirilir. Mən düşünürəm ki, 15 sentyabr Azərbaycan xalqının bayramı olmalıdır, bunu belə bir əhval-ruhiyəyə qaldırmalıyıq. Burada nə müxalifət, nə iqtidar ayrımı olmamalıdır. Bakının işğaldan azad olunması ilə bağlı məsələni yüksək dəyərləndiririk. Arzumuz budur ki, Qarabağ işğaldan azad ediləndən sonra belə bir paradı orada keçirək”.

Hafiz Hacıyev deyib , parada pariyasının üzvləri ilə birgə iştirak edəcəklər:

“Mənə heç bir dəvət gəlməyib. Fikrimcə, bu parad üçün dəvətə ehtiyac yoxdur. Bir vətəndaş kimi, partiya sədri kimi, dörd dəfə prezidentliyə namizəd kimi paradda iştirak edəcəm. Mənim üçün çox maraqlıdır, iştirak edim və görüm. Partiyamızın bütün üzvlərinə də göstəriş vermişik ki, paradda iştirak etsinlər”.


Azərbaycan Demokrat Pariyasının sədri Sərdar Cəlaloğlu:

 

“Əvvəla gərək bizim paradda iştirak etməyimizlə bağlı rəsmi dəvətnamə göndərilsin. O baxımdan biz iştirak edə bilməyəcəyik.

Paradın keçirilməsi çox müsbət addımdır. Mən bu paradı tarixən Azərbaycanla Türkiyə arasında hansısa bir vaxtilə olmuş əlaqələrinin yada salınması kimi yox, bu gün və gələcəkdə Azərbaycan-Türkiyə arasında hərbi ittifaqın vacibliyini vurğulayan xüsusi bir aksiya kimi  dəyərləndirirəm. Bilirsiniz ki, mən hər zaman Türk Konfederasiyası məsələsini gündəmə gətirmişəm. Burada da yeganə məsələ xarici siyasət ilə qoşunların birləşdirilməsdir. Çox  güman ki, biz bir konfederasiya yaradacağımız təqdirdə Azərbaycan-Türkiyə ordusu yox, konferativ ordudan danışacağıq. Belə olduğu təqdirdə həm Bakda, həm Ankarada belə paradlar keçirəyik”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov:

“Bu paradı çox yüksək dəyərləndirirəm. Bu həm tariximizə verilən qiymət olacaq, həm də türk əsgərinə, şəhidə verilən qiymət olacaq. Eyni zamanda Türkiyə-Azərbaycan dostuluğunun, qardaşlığının göstəricisi olacaq. Hər halda bu paradın möhtəşəm olacağı qənaətindəyəm. Bir Azərbaycan vətəndaşı olaraq bu paradı izləməyik. Bunun üçün hər hansı bir dəvətə ehtiyac yoxdur”.

 

REAL Partiyasının icra katibi Natiq Cəfərli:

 

“Əslində sentyabrın 15-i Azərbaycanda daha da möhtəşəm qeyd olunmalıdır. Bu, bizim üçün çox vacib bir gündür. Bakının Azərbaycanın paytaxtına çevrilməsi məhz 15 sentyabrda Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə birlikdə Bakını daşnak, bolşeviq ordularının təmizlənməsi sayəsində gerçəkləşib. Bu günün paradla qeyd olunması çox yaxşı bir haldır, doğru bir qərardır. Bu günün önəmini vətəndaşlara, əsasən da gənclərə aşılamaq üçün çox vacib atılacaq addımlardan biridir. Mən bildiyim qədəri çox maraqlı proqram hazırlanıb, çox maraqlı olacağına düşünürəm. Özüm də imkan daxilində seyr etməyə çalışacam. Dediyim kimi, çox doğru bir qərardır və bunun hər il təkrarlanmasını istərdim. Bu günün Bakının doğuş bayramı kimi, şəhər günü kimi qeyd olunması da çox vacib addımlardan biri olardı. Azərbaycanın bu önəmli günü ilə bağlı televiziya proqramları da olmalıdır. Çünki bu gün bizim tariximizdə ən önəmli günlərdən biridir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi