Modern.az

BP “Qobustan” layihəsində 61 faiz pay alıb

BP “Qobustan” layihəsində 61 faiz pay alıb

14 Sentyabr 2018, 19:46

BP şirkəti Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.

BP-dən "Report"a verilən məlumata görə, bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

“Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq", - BP-nin məlumatında qeyd olunur. 

Eyni zamanda quyunun 2019-cu ilin ikinci yarısında qazılmasının planlaşdırıldığı vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı