Modern.az

Göygölə gedən turistlərə şad xəbər...

Göygölə gedən turistlərə şad xəbər...

14 Sentyabr 2018, 21:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Göygöl Milli Parkına motorlu qayıq gətirilib. Modern.az xəbər verir ki, bu barədə Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev məlumat verib.

 

Bildirilib ki, ilin bütün fəsillərində, xüsusən də yay mövsümündə on minlərlə yerli və xarici turist dağlar qoynuna sığınan, yamyaşıl meşələrlə əhatə olunan Göygölün füsunkar təbiətini seyr etməyə gəlir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər birimizin milli sərvəti olan Göygölün ekosistemini qorumaqla yanaşı, milli parka gələnlərin istirahətini daha yadda qalan etmək üçün turistlərin motorlu qayıq vasitəsi ilə müəyyən olunmuş marşrut üzrə istirahət etməsini məqbul sayıb.

 

Fuad Quliyev deyib ki, yaxın vaxtlarda istifadəyə veriləcək motorlu qayıq bir dəfəyə 12 nəfər götürə bilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir