Modern.az

Gürcüstan azərbaycanlıları arasında təbii artım iki dəfə yüksəlib

Gürcüstan azərbaycanlıları arasında təbii artım iki dəfə yüksəlib

14 Sentyabr 2018, 21:23

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu ilin ilk yarısında təbii artım 674 nəfər təşkil edib. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

 

Hesabata əsasən, yanvar-iyun aylarında bölgədə yeni doğulanların sayı 2 min 896, ölənlərin sayı isə 2 min 222 nəfər təşkil edib.

 

2017-ci ilin eyni dövrü ilə müqayisədə Kvemo Kartli bölgəsinin əhalisi arasında təbii artım iki dəfə yüksəlib. Ötən ilin ilk yarım ili üzrə təbii artım göstəricisi 336 nəfər olub.

 

Hesabat dövründə Kvemo Kartli bölgəsində nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 220 və 506 təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır