Modern.az

Makron Paşinyanla Qarabağı müzakirə etdi

Makron Paşinyanla Qarabağı müzakirə etdi

14 Sentyabr 2018, 22:46

Fransa prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir  ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, tərəflər münaqişənin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

 

Paşinyan bəyan edib ki, Ermənistan danışıqların davam etdirilməsinə sadiqdir.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı