Modern.az

“Qarabağ”ın oyununu portuqaliyalı rəqibi stadiondan izlədi

“Qarabağ”ın oyununu portuqaliyalı rəqibi stadiondan izlədi

Aktual

14 Sentyabr 2018, 22:58

"Ağır oyun oldu. Bizdə çox şey alınmırdı. Bu da başadüşüləndi. Komanda dünən bir araya gəlmişdi. Buna baxmayaraq, futbolçuları təbrik edirəm. Altı gün sonra Portuqaliyada çətin oyunumuz var. "Sumqayıt"a uğurlar arzulayıram. Nazim Süleymanovun komandası oyundan-oyuna yaxşı oynayır. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələlər əldə edəcəklər". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının IV turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri mətbuat konfransından sonra deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

Bu gün matçı izləyənlər arasında "Sportinq"in məşqçisi də var idi. Bəs "Qarabağ"dan Portuqaliyaya gedən məşqçi olacaq?

 

- Bilirdim ki, stadiona rəqibdən nümayəndə var. Bazar günü kubok matçı oynayırlar. Fikirləşirəm ki, oyunlarına getməyə ehtiyac olmayacaq. "Sportinq"in matçlarına baxmışam.

 

Nazim Süleymanov hakimlikdən narazı qalıb..

 

- Həmkarımızın fikrinə normal yanaşıram. Qarşılaşmada bir sıra mübahisəli epiozdlar vardı. Hər hansı fikir bildirə bilmərəm. Hər oyundan sonra müxtəlif fikirlər olur. Fikirləşirəm ki, hələ qarşıda çox oyun var və belə müzakirələr olacaq.

 

Araz Abdullayevin debüt matçında çıxışı sizi qane etdimi?

 

- Arazdan bu gün maksimum oyun gözləyə bilmərəm. Xeyli vaxtdır rəsmi oyun keçirmir. Sonuncu dəfə iyunda millinin heyətində Latviya yığmasına qarşı oynayıb. Abdullayev çox ciddi hazırlaşır və əvvəlki formasını bərpa etməyə böyük istəyi var.

 

Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etmədiniz. Hakimliklə bağlı çıxarılan qərarla bağlı düşüncələriniz necədir?

 

- Bəli, məni dəvət etmişdilər. Ancaq oyunumuz olduğuna görə iclasda iştirak edə bilmədim. Hakimlik nə qədər İcraiyyə Komitəsində müzakirə olunsa da, mənə aid sahə deyil. Neçə ildir bu məsələ, komitələrin birləşdirilməsi müzakirə olunur. Belə praktika olub. Mənə aid olmayan sahə olduğuna görə dərindən də maraqlanmamışam. Buna görə fikir bildirə bilmərəm. UEFA bəzən tələb edir ki, belə dəyişiklik olsun. Bu haqda informasiyam var. Dəyişikliyə normal yanaşmalıyıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır