Modern.az

Etibar Məmmədovdan qocaman YAP-çıya CAVAB: “Yaşlanandan sonra qarışıq salırlar” - QALMAQAL

Etibar Məmmədovdan qocaman YAP-çıya CAVAB: “Yaşlanandan sonra qarışıq salırlar” - QALMAQAL

15 Sentyabr 2018, 12:06

Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov YAP Siyasi Şurasının üzvü, eks-deputat Kərim Kərimovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.


Etibar Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Kərim Kərimovla birinci dəfə 1995-ci ildə seçkilərdən sonra görüşüb.

 

“O vaxta qədər heç onu tanımırdım. O, nəyisə qarışıq salır. Mən Naxçıvana çox gedib-gəlmişəm. Burada gizli bir şey yoxdur. Ancaq Yeni Azərbaycan Partiyasının yaradılması  üçün Naxçıvana getməyim barədə deyilənlərin mənə heç bir aidiyyatı yoxdur. Partiya yaratmaq təşəbbüsü ilə onların özləri çıxış ediblər və yaradıblar. O zaman isə  mənim ümumiyyətlə Kərim Kərimovun mövcudluğundan xəbərim yox idi.  

 

Mən onunla 1995-ci ildə deputat olandan sonra tanış olmuşam. O vaxta qədər isə onunla heç bir əlaqəm olmayıb. Onun dediyi dövrdə mənim haqqımda nə isə söyləməyə əlində bir əsas yoxdur”.

E.Məmmədov bildirib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanındakı fəaliyyəti hamıya məlumdur.

 

“Əsas müxalifət partiyası olaraq biz hakimiyyətdə olanların fəaliyyətini tənqid də edirdik, fikrimizi də bildirirdik.  Ancaq bunların nə Kərim Kərimova, nə də Yeni Azərbaycan Partiyasına bir aidiyyatı var”.

E.Məmmədov qeyd edib ki, bəzi adamlar yaşlandıqdan sonra çox şeyi qarışıq salırlar.

 

Qeyd edək ki, YAP icra katibliyinin müşaviri, Siyasi Şuranın üzvü, məşhur “91-lər”dən olan Kərim Kərimov Modern.az-a müsahibəsində deyib ki, Naxçıvana Yeni Azərbaycan Partiyasının yaradılması üçün Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı.

 

“Etibar Məmmədovun adı yadımdadır. O da gedənlər arasında idi. Onun partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası artıq yaranmışdı. Etibar Məmmədovun Naxçıvana getməkdə məqsədi cəbhəçiləri necə yıxmaqdan ibarət idi”-deyə, K.Kərimov bildirib.

 

O həmçinin qeyd edib ki, Etibar Məmmədov cəbhəçiləri heç sevmirdi.

"Əgər sevsəydi, onları necə yıxmaq barədə niyə düşünərdi ki!".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər