Modern.az

ABŞ şirkətləri bu ölkədən çıxır

ABŞ şirkətləri bu ölkədən çıxır

Dünya

17 Sentyabr 2018, 20:30

“Rusiya ABŞ-ın tətbiq etmək istədiyi yeni sanksiyalara cavab tədbirləri görərsə, Birləşmiş Ştatların şirkətləri bu ölkəni tam şəkildə tərk edə bilər". Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyada Amerika Ticarət Palatasının (AmCham) rəhbəri Aleksis Rodzianko bildirib.

 

Aleksis Rodziankonun sözlərinə görə, sanksiyalar bankçılıq, dəmir yolları, qaz alış-verişi sahələrində fəaliyyəti məhdudlaşdırır: “Buna görə Rusiyada hər hansı iş görmək üçün gerçək bir imkan qalmır. Bununla belə, burada biznes genişlənir, hətta investisiyalar yatırılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir