Modern.az

Stadiondakı çaxnaşmada 5 nəfər öldü

Stadiondakı çaxnaşmada 5 nəfər öldü

Dünya

17 Sentyabr 2018, 23:34

Anqolanın paytaxtı Luande şəhərində keçirilən Afrika Çempionlar Liqası matçında basabas nəticəsində 5 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı daha  7 nəfər xəsarət alıb.

 

Hadisə şahidləri bildirib ki, sıxlıq çıxışların bağlı olmasından sonra başlayıb. Polis çıxışları açdıqdan sonra azarkeşlər cəld olaraq stadionu tərk ediblər. Ancaq bəzi azarkeşlər polisə məxsuslar atlar tərəfindən tapdalanıb.

 

Ölkənin Gənclər və İdman Nazirliyi olmuş hadisədən heyfsləndiyini bildirib. Gələcəkdə hadisənin araşdırılacağı qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır