Modern.az

Daşqınlar 100-dən çox can aldı

Daşqınlar 100-dən çox can aldı

Dünya

18 Sentyabr 2018, 00:48

Nigeriyada iki həftədir davam edən aramsız leysan yağışları daşqına səbəb olub. Modern.az xarici mediaya istinadən xıbər verir ki, Niger və Benue çaylarının daşmasından sonra yaranan seldə 100-dən çox insan ölüb.

 

Məlumata görə, 11 əyalətdə ciddi fəsadlar yaranıb. Minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Yağışların növbəti günlərdə şiddətini daha da artıracağı, insanların müvəqqəti olaraq təhlükəli bölgələrdən uzaqlaşmaları barədə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, Nigeriyada çay bəndlərinin möhkəm olmaması və drenaj sistemlərinin düzgün nizamlanmaması nəticəsində buna bənzər hadisələr hər il baş verir.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı