Modern.az

Hikmət Hacıyev yeni vəzifəyə getdiyini TƏSDİQLƏDİ və...

Hikmət Hacıyev yeni vəzifəyə getdiyini TƏSDİQLƏDİ və...

18 Sentyabr 2018, 10:14

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. 

 

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

 

Modern. az xəbəri dəqiqləşdirmək üçün Hikmət Hacıyevlə əlaqə saxlamağa çalışıb. Uzun cəhddən sonra Hikmət Hacıyev xəbəri təsdiqləsə də, əlavə heç nə danışmaq istəməyib.

 

“Bu barədə nəsə geniş açıqlama verə bilmərəm. Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinatla da bağlı danışmaq tezdir. Ümumiyyətlə, suallarınıza əhatəli cavab verə bilməyəcəm”

 

H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir