Modern.az

Azərbaycan ərazisində temperatur bir az da aşağı düşəcək

Azərbaycan ərazisində temperatur bir az da aşağı düşəcək

7 Dekabr 2009, 13:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s təşkil edəcək, arabir 16 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Dekabrın 9-da hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq.

Dekabrın 10-da hava şəraitinin buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, axşama doğru yağıntılı olacağı ehtimalı var. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təşkil edəcək.
9-10 dekabrda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan - 3 dərəcə istiyədək təşkil edəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, birinci ongünlüyün sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperaturlar ötən günlərə nisbətən aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Yaxın günlərdə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?