Modern.az

Rusiya müdafiə naziri israilli həmkarına zəng etdi

Rusiya müdafiə naziri israilli həmkarına zəng etdi

Dünya

18 Sentyabr 2018, 14:39

Rusiya müdafiə naziri Sergey Şoyqu ilə İsrail müdafiə naziri Aviqdor Liberman arasında telefon danışığı olub.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Şoyqu telefon danışığından sonra İL-20 təyyarəsinin vurulmasına görə məsuliyyətin tam olaraq İsrailin üstünə düşdüyünü bildirib.

“Rusiya təyyarəsinin vurulması və heyətin ölümünə görə məsuliyyət tam olaraq İsrail tərəfinin üzərinə düşür” – Şoyqu bəyan edib.

 

O həmçinin Rusiya tərəfinin hava zərbələrindən cəmi bir dəqiqə əvvəl İsrail tərəfindən məlumatlandırıldığını qeyd edib.

İsrail tərəfi isə danışıqların təfərrüatlarını bildirməkdən imtina edib.

“Biz danışıq faktını təsdiq edirik, amma təfərrüatlar barədə şərh vermirik” – İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətindən agentliyə bildirilib.

 

Qeyd edək ki, ilkin məlumatlara görə İsrailə məxsus F-16 qırıcıları Suriyanın S-200 hava hücumundan müdafiə kompleksinin raketlərindən yayınmaq üçün İL-20-ni qalxan kimi istifadə etdiyi ehtimal olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar