Modern.az

Azərbaycanı "Junior Eurovision 2018"də təmsil edəcək ifaçının adı açıqlanıb

Azərbaycanı "Junior Eurovision 2018"də təmsil edəcək ifaçının adı açıqlanıb

Aktual

18 Sentyabr 2018, 15:54

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziya-2018” də ("Junior Eurovision 2018") Azərbaycanı təmsil edəcək ifaçının adı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qurbanov, Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı iştirak edib.

 

Ölkəmizi cari ilin noyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı Fidan Hüseynova təqdim olunub.

 

Fidan Hüseynova 2005-ci ilə doğulub. Bir çox müsabiqələrdə Azərbaycanı təmsil edib. Hazırda Bakıda “Oksford” məktəbinin 6-cı sinif şagirdidir, bundan əlavə o, həm də T.Quliyev adına 12 nömrəli məktəbin onbirillik musiqi məktəbində təhsil alır.

 

F.Hüseynova 2017-ci il mart ayında İtaliyanın “Testene Art Baku” Beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaşlı uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb.

 

O, fransalı müğənni Lara Fabianın Bakı konsertində müğənninin dəvəti ilə səhnəyə çıxaraq onun “Je suis malade” adlı mahnını, İstanbulda isə “Je t'aime” mahnısı duet şəklində ifa edib. Bildirilib ki, təmsilçimizin “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində ifa edəcəyi mahnı hələlik məlum deyil, yarışmanın qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır.

Yaxın zamanlarda təmsilçimizin iştirakı ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, 25 noyabr 2018-ci il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində 19 ölkənin təmsilçiləri birincilik uğrunda mübarizə aparacaq.

 

Bunlar Azərbaycanda daxil olmaqla Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrdir. Yarışmanın 15 min tamaşaçı tutumuna malik olan “Minsk Arena”da reallaşacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür