Modern.az

İsrail rus təyyarəsinin vurulmasına görə “Hizbullah”ı ittiham etdi

İsrail rus təyyarəsinin vurulmasına görə “Hizbullah”ı ittiham etdi

18 Sentyabr 2018, 16:24

İsrail Müdafiə Nazirliyi İL-20 təyyarəsinin vurulmasına görə ittihamları rədd edib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, İsrail bu hadisədə bütün məsuliyyətin Dəməşqin üzərinə düşdüyünü bildirib.

“Suriya qüvvələri Rusiyaya məxsus İL-20 təyyarəsinə raketlər atanda İsrail qırıcıları artıq İsrail hava sərhədlərində olub" - bəyanatda bildirilir

Bundan əlavə İsrail rus hərbçilərin ölümü ilə əlaqədar baş sağlığı bildirərək hadisənin araşdırılması üçün lazımlı bütün məlumatları təqdim etməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, İsrail hadisədə rəsmi Dəməşqlə bərabər İran və Hizbullahı da günahlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!