Modern.az

Venesuela lideri türk restoranına getdiyi üçün tənqid olundu

Venesuela lideri türk restoranına getdiyi üçün tənqid olundu

18 Sentyabr 2018, 16:52

Venesuela prezidenti Nikolas Madura Çindən qayıdarkən Türkiyəyə səfər edərək restoranların birində yemək yeyib.

 

Modern.az CNN Türk kanalına istinadən xəbər verir ki, Maduronun arvadı ilə birgə Türkiyənin məşhur Nusret restoranında yemək yeməsi ölkə müxalifəti tərəfindən tənqidlərlə qarşılanıb.

“Venesuelalılar aclıq içərisində olarkən və aclıqdan həyatlarını itirdiyi bir vaxtda Nikolas Maduro və Silia dünyanın ən bahalı restoranlarından birində səfa çəkir” – Venesuelanın müxalifət lideri Culio Borqes bildirib.

 

Restoran sahibi özü Maduronu qarşlayaraq ona üstündə şəkli olan köynək də geyindirib.

“Tanınmış bir restorana getdik. Nusret. Buradan ona salamlarımı çatdırıram. Özü də şəxsən orada idi. Çox şən bir adamdı, Venesuelanı sevir” – deyə Venesuela  prezidenti yerli kanallardan birinə söyləyib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır