Modern.az

Putin 15 rus hərbçinin ölümü ilə bağlı açıqlama verdi

Putin 15 rus hərbçinin ölümü ilə bağlı açıqlama verdi

18 Sentyabr 2018, 17:43

Rusiya prezidenti Vladimir Putin Aralıq dənizində İL-20 kəşfiyyat təyyarəsinin vurulması ilə Türkiyə insidentini eyniləşdirməməyi məsləhət görüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti bu hadisənin bir faciə olduğunu ifadə edib.


“O zaman Türkiyə qırıcısı bizim təyyarəni bilərəkdən vurmuşdu. Burada isə hadisələr tragik gedişata oxşayır, çünki, İsrail təyyarəsi bizim təyyarəni vurmayıb” – Putin bildirib.

 

Onun sözlərinə görə, Rusiya öz hərbçilərinin əlavə təhlükəsizliyini artıracaq və bunu hər kəs hiss edəcək.

Rusiya prezidenti bu hadisələri tragik adlandıraraq bütün ölkə üçün faciə olduğunu ifadə edib.

 

Putin həmçinin ölənlərin yaxınlarına başsağlığı da verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir