Modern.az

7 yaşlı Rüfətə KÖMƏK LAZIMDIR  

7 yaşlı Rüfətə KÖMƏK LAZIMDIR   

18 Sentyabr 2018, 21:37

Abdullayev Rüfət Rəşid oğlu 18 avqust 2011-ci ildə İsmayıllı rayonunda anadan olub. 1 oktyabr 2017-ci ildə ayaq tutulma səbəbi ilə mərkəzi klinikaya gətirilərkən xərçəng xəstəliyi aşkar olunub. Milli Onkologiya Mərkəzində olunmuş biopsi zamanı diaqnozun berkit limfoma olduğu bildirilib. 8 kurs kimyaterapiya keçdikdən sonra 3 mart 2018-ci ildə Rüfət İsmayıllıya evə qayıdıb. Evdə olduğu 3 ay müddətində mütəmmadi yoxlanışlara davam edib. 

Amma bir gün gözlənilmədən Rüfətin ayağında yenidən ağrılar, gözlərində çəpləşmə, halsızlıq, iştahsızlıq başlayıb. Eyni zamanda çox sürətlə sol tensisdə böyümə başlayıb. Bakıya həkimə gətirilib  və bu dəfə xəstəliyin qayıtdığı söylənilib. 
USM müayinəsi zamanı hər iki tensisdə və böyrəkdə dəyişiklik olduğu bildirilib. 
Yenidən olunmuş biopsidə berkit limfama-nın iliydə qayıdışı müəyyən olunub.

İndi Rüfət Abdullayevin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Ailəsi imkanlı şəxsləri Rüfətin müalicəsinə yardım etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi