Modern.az

Bərdədə kollec tələbəsi bıçaqlandı

Bərdədə kollec tələbəsi bıçaqlandı

Aktual

18 Sentyabr 2018, 21:41

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az “Trend” istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Bərdə Texnologiya Kollecinin qarşısında baş verib.

 

Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Emin Kərim oğlu şəxsi münasibətlər zəminində rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq Çingiz oğlu ilə mübahisə edib.

 

Mübahisə nəticəsində E.Süleymanlı N.Məmmədova 3 bıçaq zərbəsi vurub.

 

Daktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Süleymanlı tutularaq istintaqa təhvil verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!