Modern.az

Daşkəsən sakini qohumunun başını kəsdi

Daşkəsən sakini qohumunun başını kəsdi

18 Sentyabr 2018, 21:59

Daşkəsən rayonunda qətl törədilib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib.

Həmin kəndin sakini Nafiq Rasim oğlu Quluyev xalasının əri Fikrət Xəlil oğlu İsmayılov tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, iki qohum yeyib-içdikdən sonra hələ ki, bilinməyən səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman F.İsmayılov bıçaqla N.Quluyevin boynunun şah damarını kəsərək onu qətlə yetirib.

 

Hadisəni törədən şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir