Modern.az

Prezidentin adına saxta hesab açanlar məhkəmə önündə

Prezidentin adına saxta hesab açanlar məhkəmə önündə

18 Sentyabr 2018, 23:19

Ötən il Fransada prezident seçkiləri dönəmində Emmanuel Makronun adına saxta elektron poçt hesabı açan 2 nəfər məhkəmə qarşısına çıxarılır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, iş üzrə məhkəmə prosesi dekabrın 12-də keçiriləcək.

Məlumata görə, sözügedən şəxslərdən birinin mühafizəkar sağ görüşlü olduğu deyilib.

 

Qeyd edək ki, həmin 2 şəxs ötən il seçki ərəfəsində Makronun adına açdıqları saxta e-mail ünvanları ilə “Mənə səs verməmək üçün 10 səbəb” mesajını yüzlərlə insana göndərmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir