17 fevral 2019, Bazar
Ana Səhifə - PARLAMENT - "Xankəndinə bayrağı əsgər Heydər Əliyev asacaq" - SİYAVUŞ NOVRUZOV
"Xankəndinə bayrağı əsgər Heydər Əliyev asacaq" - SİYAVUŞ NOVRUZOV
19.09.2018, 10:10

Siyavuş Novruzov,
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,

Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini

Bəşər sivilizasiyası yarandığı gündən onun özünüqoruma instinkti dövlətçilik institunun formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. Sahib olduğu mənəvi və maddi dəyərləri qorumaq, yad təsirlərdən, təcavüzün istənilən forma və təzahürünü dəf etməkdən keçirdi və hər bir xalq bu ali məqsədi təmin etmək üçün  çətin anlarda silaha əl atırdı. Təsadüfi deyil ki, vətənini əldə silah qorumaq antik Yunan və Roma cəmiyyətlərində vətəndaşın birbaşa vəzifəsi, müqəddəs borcu idi. Hətta “hərbi xidmət senzi” tətbiq edilir, bir şəxsin vətəndaş sayıla bilməsi, seçkili orqanlarda iştirakı və yüksək dövlət orqanlarına təyinat ala bilməsi üçün birbaşa bu senz tətbiq olunurdu.

Çox qədim tarixə, olduqca köklü hərbi ənənələrə sahib olan türk xalqları da qüdrətli qonşularla əhatə olunmuş sərt geosiyasi mühitdə məhz “ordu-millət” prinsipi ilə ayaqda qalmağı bacarmışdılar. Türk ənənələrində, yəni törədə hakim olan görüş ondan ibarət idi ki, hər bir kişi əsgərdir və təhlükə anında səfərbər olaraq düşmənə qarşı çıxmalıdır. Türk hərbi demokratiyasına görə bütün əli silah tutan kişilər xalqın taleyində əhəmiyyət daşıyan qərarların qəbul olunmasında birbaşa səsvermə ilə iştirak etməli, rəy bildirməli və heç şübhəsiz döyüşməliydi. Ən naqis sifətlər isə fəralilik, qorxalqlıq və satqınlıq sayılırdı.

Müasir dövrümüzə nəzər yetirsək, bu gün, xalqımızın ən köklü hərbi ənənələri əsasında modern Azərbaycan ordusu yaradılır, onun zəruri insrastrukturu formalaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində olduqca mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bütün bu fəaliyyətin qayəsi ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü bərpa etmək, xalqımızın təhlükəsiz və sülh şəraitində yaşamasını təmin etməkdir. Hal-hazırda bu sahədəki fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən misli görünməmiş vüsət almış, ordumuz dünya silahlı qüvvələri arasında ən üst sıralarda layiqli yerini tutmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan genişlənir, həm daxili istehsal, həm xaricdən alınan silah sistemləri sayəsində ordumuzun arsenalı daha da qüdrətli məzmun kəsb edir.

Lakin, bütün dövrlərdə ən qiymətli silah həmin ölkənin vətənpərvər gəncliyi, cəmiyyətin orduya ləyaqətli münasibətidir. Ona görə də, ordunun komplektləşdirilməsi məqsədilə silahlı qüvvələrə çağırışa münasibət hər bir cəmiyyətdə məhz dövlətçiliyə olan münasibət kimi özünü biruzə verir.

Ölkədə hökm sürən yüksək hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir ki, bu gün Azərbaycan gənci orduya sevərək gedir, vətənə xidmətdən qürur duyur. Belə gənclərdən biri də ali təhsilini başa vurduqdan sonra Silahlı Qüvvələr sıralarına qatılan, cənab Prezident İlham Əliyevin övladı Heydər Əliyevdir. Onun hərbi xidmətə yollanması hər bir gəncimiz üçün şəxsi nümunə, ruh yüksəkliyi, bötövlükdə cəmiyyətimiz üçün müsbət bir vətəndaşlıq və vətənpərvərlik mesajıdır. Azərbaycan hüquqi dövlətdir və əslində belə hadisə normal düçüncə sahibi olan insanlarda nə təəccüb, nə də hansısa bir müzakirə predmeti olmamalıdır.


Lakin təəssüflər olsun ki, erməni və ermənipərəst dairələr, sapı özümüzdən olan baltalar bu hadisəyə də öz naqis prizmalarından yanaşıb şər-böhtan xarakterli spekulyasiyalarıyla yenidən gündəmə gəlməyə başladılar. Bu hadisəyə ilk reaksiya verən işğaıçı Ermənistan respublikasının baş naziri Paşinyan və xaricə mühacirət etmiş, guya adını azərbaycanlı qoymuş “Paşinyanın bacısı uşaqlarından” gəldi. Onlar yubanmadan gah bu hərbi xidmətin özünü, gah dislokasiya yerini şübhə altına alan yalan, böhtan və qarayaxma kampaniyasına başladılar. Hərbi işdən xəbərsiz dezertir Paşinyan-“bacısı uşaqları” cütlüyü anlamır ki, xüsusi təyinatlı hərbi hissədə qulluq edənlərin daimi dislokasiya yeri olduqca şərti xarakter daşıyır. Xüsusilə, müharibə şəraitində yaşayan ölkədə onlar hər zaman döyüşə hazır vəziyyətdə olmalı və silahlı münaqişənin ən qaynar nöqtələrinə operativ müdaxilə etməlidirlər. Habelə, müasir dünyamızda dini-etnik terror bütün qitələrdə kütləvi qətilər törədir, cəmiyyəti qorxu altında saxlayır. Onların bədnam əməllərinin qarşısını almaq üçün ilk çevik reaksiya isə xüsusi təyinatlı qüvvələr tərəfindən göstərilir. Bu baxımdan əsgər Heydər Əliyevin xidmət etdiyi hərbi hissə əslində ən böyük risk daşıyan birləşmələrdəndir və o bu hərbi hissəyə öz şəxsi fiziki xüsusiyyətləri, yüksək mənəvi-pisixoloji hazırlıq səviyyəsi ilə düşüb.

Belə bir sual yaranır. İlk baxışda fərqli kimi görünən bu iki şəxsi nə birləşdirir? Məqsədləri nədir? Paşinyan-“bacısı uşaqları” tandemi nəyə nail olmaq istəyir? Cavab sadədir. Bu cütlüyün düşüncə və fəaliyyətində məqsədyönlü və maraqlı bir sinxronluq var. Hər ikisinin niyyəti eynidir – Azərbaycan cəmiyyətini səfərbər edən, ona dinamik impuls qazandıran istənilən ictimai hadisəni ləkələmək, kölgə salmaq, ardıcıl yalan və böhtanla ictimaiyyəti çaşdırmağa yönələn cəhdlər göstərmək. Necə dəyərlər, məqsəd və üsul birliyi ahəngdarlıq yaradıb. Eyni maliyyə mənbələrindən qidalanmaları da öz yerində, amma fərqli motivlər də var. Belə ki, Paşinyan Yerevanın beş ulduzlu otellərində kef çəkib Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda hərbi xidmətdəymiş kimi göstərdiyi oğlunu erməni ictimaiyyətinə qəhrəman kimi təqdim edib, ucuz şou yaratmaq istəyir. Özünə erməni, əzabkeş müxalifətçi və s. saxta sənədlər düzəldib ölkədən qaçan dezertirlər, yəni, tarixin zibilliyinə atılmış “Paşinyanın bacısı uşaqları” isə öz bədnam əməllərini belə hay-küy altında unutdurmaq istəyirlər.

Bu məqamda bir haşiyə çıxmaq istəyirəm. Ulu Öndər Heydər Əliyev bir dəfə öz xatirələrindən belə bir əhvalat danışdı: “İşə tələsərkən Zərifə xanım ona tələsməməsini, onu gözləyənlərin onsuz da tabeçiliyində olan işçilər olduğunu qeyd edir. Ulu Öndər isə cavabında “Mən onlara nəzarət edirəmsə, mənə də bütün Azərbaycan xalqı nəzarət edir” - deyir.  Təkcə bu qısa dialoqun özü Əliyevlər ailəsində olan xalq qarşısında məsuliyyət hissini, daxili nizam-intizamı ən bariz şəkildə açıqlayır. Bu baxımdan Prezident İlham Əliyevin övladı olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki, doğulduğu gündən hərbi xidmətə gedənə qədər Heydər Əliyevin bütün həyatı daim ictimaiyyətin diqqət mərkəzində olmuşdur. O, isə ailəsinin və cəmiyyətin ona olan inam və etimadını doğrultmuş, Azərbaycanın ictimai və ailə dəyərlərini daim yüksək tutmuşdur.

Sonda, cəmiyyətin ümumi əhval-ruhiyyəsini və əminliyini ifadə etmək istərdim ki, daxili və xarici dairələrin bütün ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı və dövləti bütün mövcud çətinlikləri arxada qoyacaq, Qarabağ uğrunda səfərbər olub öz tarixi torpaqlarını erməni işğalından xilas edəcək və qələbə bayrağımızı Xankəndinə Ulu Öndərimizin varisi, əsgər Heydər Əliyev asacaq.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Polisdən əməliyyat: qadınları fahişəliyə cəlb edənlər saxlanıldı - FOTO
17.02.2019, 16:40

Polisdən əməliyyat: qadınları fahişəliyə cəlb edənlər saxlanıldı - FOTO

Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
17.02.2019, 16:26

Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər

Peşə məktəblərində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatdı
17.02.2019, 16:10

Peşə məktəblərində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatdı

NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
17.02.2019, 15:55

NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO

Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO
17.02.2019, 15:48

Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
17.02.2019, 15:33

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
17.02.2019, 15:19

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
17.02.2019, 15:00

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
17.02.2019, 14:41

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
17.02.2019, 14:25

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı

“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
17.02.2019, 14:12

“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama

17.02.2019, 14:00

"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
17.02.2019, 13:47

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO

Hava şəraiti 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
17.02.2019, 13:32

Hava şəraiti 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da,...”
17.02.2019, 13:03

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da,...”

Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...   
17.02.2019, 12:47

Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...  

Əmanətlərlə bağlı mühüm dəyişiklik
17.02.2019, 12:30

Əmanətlərlə bağlı mühüm dəyişiklik

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.2019, 12:17

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb   
17.02.2019, 12:02

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb  

Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”  
17.02.2019, 11:54

Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”  

Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI   
17.02.2019, 11:38

Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI  

Qobustanda zəncirvari qəza - xəsarət alan var
17.02.2019, 11:20

Qobustanda zəncirvari qəza - xəsarət alan var

Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO
17.02.2019, 11:05

Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO

Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ
17.02.2019, 10:53

Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ

Gözlər yoldan yığılarmı... - VII YAZI    
17.02.2019, 10:50

Gözlər yoldan yığılarmı... - VII YAZI   

Şahzadə
17.02.2019, 10:44

Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir

“Barselona” “Real”a qalib gəldi   
17.02.2019, 10:33

“Barselona” “Real”a qalib gəldi  

“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
17.02.2019, 10:20

“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir

Sumqayıtda mağaza yanıb
17.02.2019, 10:07

Sumqayıtda mağaza yanıb

“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq
17.02.2019, 09:56

“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq

Ermənilər 7 rayonumuzu atəşə tutublar 
17.02.2019, 09:45

Ermənilər 7 rayonumuzu atəşə tutublar 

Putin və Makron Suriya məsələsini müzakirə etdilər
17.02.2019, 09:30

Putin və Makron Suriya məsələsini müzakirə etdilər

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
17.02.2019, 09:15

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Fətullah Gülən həbs edilib - İDDİA
17.02.2019, 01:12

Fətullah Gülən həbs edilib - İDDİA

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı
17.02.2019, 00:57

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı

Parisdəki aksiyada 26 nəfər saxlanıldı
17.02.2019, 00:24

Parisdəki aksiyada 26 nəfər saxlanıldı

27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
17.02.2019, 00:06

27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
16.02.2019, 23:55

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
16.02.2019, 23:50

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
16.02.2019, 23:34

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR

Bakı metrosunda bıçaqlanma 
16.02.2019, 23:20

Bakı metrosunda bıçaqlanma 

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
16.02.2019, 23:04

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ   
16.02.2019, 22:48

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ  

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
16.02.2019, 22:43

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
16.02.2019, 22:30

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyunduVİDEO

Şəmkirdə yeniyetmə bıçaqlandı
16.02.2019, 22:12

Şəmkirdə yeniyetmə bıçaqlandı

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
16.02.2019, 21:54

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu   
16.02.2019, 21:41

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu  

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
16.02.2019, 21:35

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ

“Şair olmaq bədbəxtçilikdir”   
16.02.2019, 21:25

“Şair olmaq bədbəxtçilikdir”  

ARXİV