Modern.az

Yol polisinin yol hərəkəti qaydalarını pozmaq hüququ var?

Yol polisinin yol hərəkəti qaydalarını pozmaq hüququ var?

Ölkə

7 Dekabr 2009, 13:49

“Yol hərəkəti qaydaları” haqqında qanunun 60-cı maddəsinin I bəndində göstərilir ki, işıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Bu məcburiyyətə məhəl qoymayanlar cərimə edilir. Cərimə edənlər  yol polisləridir. Bəs yol polislərinin özləri necə, qırmızı işıqda keçmək hüququna malikdirlərmi? Çünki bizdə çox vaxt sürücülər yol polislərinin belə hərəkətlərini görür və buna rəğmən yol hərərkəti qaydalarına etinasız yanaşırlar.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov Modern.az-a bildirib ki, yol polisi əməkdaşlarının hər bir halda yol hərəkəti qaydalarını pozmaq hüququ var: “Onlar istənilən vaxt qırmızı işıqdan keçə və digər yol hərəkəti qaydalarına əməl etməyə bilərlər”. Ə.Məcidov

“Yol hərəkəti qaydaları” haqqında qanunda bu məsələnin yer aldığını diqqətə çatdırıb.

“Yol hərəkəti qaydaları” haqqında qanunun 48-ci maddəsinin 1-ci bəndində göstərilir ki, üzərində «polis», «təcili tibbi yardım», «yanğınsöndürən» yazılan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi