Modern.az

Yəməndə 10-larla tələbə ABŞ silahı ilə öldürülüb

Yəməndə 10-larla tələbə ABŞ silahı ilə öldürülüb

19 Sentyabr 2018, 14:52

Vətəndaş müharibəsi ilə üz-üzə qalan Yəməndə onlarla tələbənin ölümü ilə nəticələnmiş hücum zamanı ABŞ istehsalı olan bombalardan istifadə edilib.

Modern.az-ın xəbərinə görə, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, adıçəkilən hücum ABŞ istehsalı bombalar vasitəsilə həyata keçirilib.

Məlumata görə, Yəmənin mərkəzi insan haqları qrupu kimi tanınan "Muvata" təşkilatının telekanalla bölüşdüyü sənədlərdə bu cür qeyd edilib.

ABŞ istehsalı bombaların vətəndaş müharibəsinin başladığı 2015-ci ildən bu yana atıldığı ortaya çıxıb. Foto və faktların yer aldığı xəbərdə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya və İranın dəstək verdiyi Husilər arasındakı müharibədə Birləşmiş Ştatlar istehsalı olan raket və silahların istifadə edildiyi açıq şəkildə göstərilib.

 

Aysel Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı