Modern.az

Bakı metrosunda nasazlıq yarandı

Bakı metrosunda nasazlıq yarandı

Aktual

19 Sentyabr 2018, 20:40

Bakıda metroda qatarda texniki nasazlıq yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May" stansiyasında baş verib.

 

"İçəri Şəhər"-" Həzi Aslanov" marşrutu üzrə hərəkətdə olan qatar "28 May" stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatar "Nizami" stansiyası ilə "28 May" stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

 

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə "Nəriman Nərimanov" stansiyasına qədər gələrək sərnişinləri düşürüb, Depoya göndərilib.

 

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür