Modern.az

Qasırğadan 37 nəfər öldü

Qasırğadan 37 nəfər öldü

19 Sentyabr 2018, 22:28

ABŞ-da qasırğa qurbanlarının sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Şimali və Cənubi Karolina ştatlarında baş vermiş "Florens" qasırğası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

 

Bundan əvvəl təbii fəlakət nəticəsində ikisi körpə olmaqla 32 nəfərin həyatını itirdiyi məlum idi.

 

"Florens" qasırğası Atlantik okeanının ABŞ sahillərinə cümə günü çatıb və dərhal zəifləməyə başlayıb. Hazırda onun statusu fırtına dərəcəsinədək düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı