Modern.az

İşgəncələr Əleyhinə Komitəyə isgəncə ilə baglı 110 muraciət daxil olub

İşgəncələr Əleyhinə Komitəyə isgəncə ilə baglı 110 muraciət daxil olub

7 Dekabr 2009, 14:00

"2009-cu ilin ötən dövründə bas verən işgəncələrdən 6 nəfər dünyasını dəyişib. Onların 3-ü işgəncə zamanı bas verib. 3 nəfər isə işgəncə nəticəsində özünü öldürmə həddinə çatdırılıb". Modern.az xəbər verir ki, bunu  İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib. Onun sözlərinə görə, işgəncəyə məruz qalanların təxminən 15 nəfəri qadınlardır: "İl ərzində işgəncəyə məruz qalanların arasında yetkinlik yaşına catmayanlar da var". O, deyib ki, 2008-ci ildə komitəyə işgəncələrlə bağlı 81 müraciət daxil olub: "Həmin insanların 3 nəfəri dünyasını dəyişmişdi. İşgəncələr ən çox ibtidai istintaq dövrundə baş verir. Buna görə təkcə Daxili İslər Nazirliyini tənqid etmək düzgün olmazdı. Digər hüquq-mühafizə orqanlarında da işgəncə faktları qeydə alınır". E.Behbudov bildirib ki, işgəncə faktları polis orqanlarında qeydə alınmasına baxmayaraq ən şəffaf monitorinq də həmin orqanlarda aparılır: "Bizim nümayəndələrimiz istənilən vaxt heç bir xəbərdarlıq etmədən istənilən polis orqanında saxlanılan şəxslə görusə bilir və heç bir mane yaradılmır. İşgəncə üsulları əvvəlki illərdən fərqli olaraq dəyişməyib. Bu il də ən cox işgəncə izi qalmasın deyə, saxlanılan səxsin ayaqlarının altına dəyənəklə vurulmaqla həyata keçirilib. Bundan basqa, dəriyə yanmış siqaret basılması, elektrikə vermək, dırnaq çıxarmaq və digər usullarla da işgəncələr baş verib". Komitə rəhbərinin sözlərinə görə, işgəncələrlə bağlı indiyədək bir nəfər belə məsuliyyətə cəlb olunmayıb: "Bizə daxil olan işgəncə faktları ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Lakin indiyə qədər verilən cavabların hamısında faktların təsdiqlənmədiyi bildirilib".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir