Modern.az

İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi 

İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi 

19 Sentyabr 2018, 23:52

Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.

Etimad İsmayılov  Floryadakı ofisində silahlı hücuma məruz qalıb.

 

Başından və ürəyindən güllə yarası alan E.İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şübhəli isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

 

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda məşhur jurnalist, “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır. Cütlüyün 4 yaşlı bir oğul övladı da var.


Etimad İsmayılov
əvllər iş adamı kimi Rusiyada da fəaliyyət göstərib. O, 24 avqust 2006-cı ildə Rusiyanın Çelyabinsk məhkəməsi tərəfindən həbs edilərək 8 illiyə azadlıqdan məhrum olunmuşdu. O, Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə təqsirləndirilmişdi.
2011-ci il
avqustun 15-də 5 milyon rubl girov müqabilində Çelyabinsk Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Allah rəhmət eləsin!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır