Modern.az

Şimali Qafqazda qarşıdurma  - Video

Şimali Qafqazda qarşıdurma  - Video

20 Sentyabr 2018, 01:10

Kabardino-Balkariyanın Elbrus rayonunun Kendelen kəndində polislə yerli əhali arasında baş verən qarşıdurmanın videosu yayılıb. Modern.az  Axar.az-a istinadən xəbər verir ki, Kanjali savaşının 310-cu ildönümü ilə bağlı keçiriləcək at yürüşünün yerli əhali tərəfindən qarşısının alınmasından sonra iğtişaş yaşanıb.

 

Məlumata görə, əraziyə polis və Milli Qvardiya qüvvələri cəlb edilib.

 

“Yaxın zamanda istintaqçılar məsələni araşdıracaqlar və cinayət işi açılacaq. Sosial şəbəkələrdə baş verənlər haqda qeyri-dəqiq informasiyanın yayılması, milli zəmində ayrı-seçkiliklə bağlı edilən çağırışlar qarşıdurmaya gətirib çıxardı”, - deyə yerli istintaq şöbəsinin məlumatında bildirilib.

 

Qeyd edək ki, tarixi məlumatda Kanjali döyüşünün 1708-ci ildə baş verdiyi deyilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər