Modern.az

Sabiq polis rəisi vəfat edib  

Sabiq polis rəisi vəfat edib   

20 Sentyabr 2018, 08:37

Tovuz rayon Polis İdarəsinin sabiq rəisi Novruz Həsənov ötən axşam vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat paylaşıb.

N. Həsənov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumun dəfni 20 sentyabrda (bu gün) günortadan sonra Tovuzun Bozalqanlı kəndində, olacaq.

Novruz Həsənov 1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. BDU-nun hüquq fakültəsini bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayanda, ona ilk dəstək verənlərdən olub.
AXC hakimiyyəti dövründə - 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. 1994-cü ildə türkiyəyə mühacirət edib, 2007-ci ildən Vətənə qayıdıb.

Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır