Modern.az

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 7-si yaralanıb  

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 7-si yaralanıb   

20 Sentyabr 2018, 10:00

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...