Modern.az

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

20 Sentyabr 2018, 10:22

Bu il I qrupun dörd ixtisası üzrə 179 nəfər Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olaraq “BANM-ın tələbəsi” adını qazanmağa müvəffəq olub.

Modern.az xəbər verir ki, ali məktəbə qəbul olan tələbələr arasında 10 nəfər orta məktəbi qızıl medalla bitirib. 121 nəfər isə öz orta məktəbindən fərqlənmə ilə məzun olub. Bu ötən illə müqayisədə 5 dəfə, ilk qəbul ili ilə müqayisədə isə 20 dəfə çoxdur. Bu statistika BANM-a daxil olan tələbələrin bilik göstəricilərinin ilbəil artımından xəbər verir. Ali məktəbi intellektual səviyyəsi yüksək olan abituritentlərin seçməsi, çox güman ki, BANM-a qəbul üçün keçid ballarının yüksək olmasına birbaşa təsir etmiş olur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə orta bal 695 (ödənişli – 664), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə orta bal 691 (ödənişli – 664), “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 677 (ödənişli – 654), “Kimya mühəndisliyi” ixtisası üzrə orta bal isə 673 (ödənişli – 659) olmuşdur.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu