Modern.az

Deputat gənclərlə birlikdə qan verdi – FOTO

Deputat gənclərlə birlikdə qan verdi – FOTO

20 Sentyabr 2018, 12:06

Bu gün Aşura günü ilə əlaqədar Gəncədə - İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası keçirilir.

Modern.az-ın xəbərinə görə, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və YAP-ın gənc fəalları da qanvermə aksiyasında iştirak ediblər.

Millət vəkili Naqif Həmzəyev bildirib ki, humanist xarakterli aksiyada toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. O, həmçinin Gəncədə - İmamzadə ziyarətgahında vətəndaşların ziyarətlərini rahat və təhlükəsiz etmələri üçün yaradılmış şəraitdən razı qaldığını bildirib, qanvermə aksiyasının yüksək səviyyədə təşkil edildiyini söyləyib.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər