Modern.az

“Bizi indi kimdir işə götürən...” - Milli Qəhrəman

“Bizi indi kimdir işə götürən...” - Milli Qəhrəman

20 Sentyabr 2018, 12:39

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin doğum günüdür.

Sağ qalan Milli Qəhramanımız Modern.az-a ad günü ilə bağlı bunları deyib:

“Çox sağ olun ki, bizi yaddan çıxartmamısınız. Sizdən qabaq da dost-tanış və bir neçə KİV nümayəndəsi məni ad günü münasibətilə təbrik edib. Hazırda heç yerdə işləmirəm, təqaüddəyəm. Əsasən ictimai işlərlə məşğulam. Ali və orta məktəblərdə şagird və tələbələrlə vətənpərvərlik mövzülarda marifləndirici görüşlərim olur. Gənclərin vətənpərvərlik ruhunda böyünməsində üzərimizə düşən vəzifəni yerinə yetiririk. Bizim kimi yaşlı adamları indi kimdir işə götürən. Bizim işləmək dövrümüz bitib. Modern.az-ın kollektivinə təşəkkürümü bildirirəm ki, bu özəl günümdə məni yaddan çıxartmayıb”.

Milli Qəhrəman Vahid Quliyev 20 sentyabır 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açıb.

O, 1972-ci ildə orta məktəbi bitirib. Bir müddət təsərrüfat işlərində çalışıb. 1974-cü ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Özbəkistanda və Rusiyanın Obninsk şəhərində keçib. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdıb və «Ozon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul olunub. 1992-ci ilə qədər bu zavodda çalışıb və öz işinin öhdəsindən layiqincə gəlib.


1992-ci ilin avqust ayında könüllü olaraq Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edib. Komissarlığdan onun arzusunu nəzərə alıb, zabit kimi döyüş xəttinə yola salıblar.


Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girib. O, bu döyüşdə düşmənin bir tankını vururb. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınıb. Onu oktyabrın 14-də Qubadlıya göndəriblər. Burada da rəşadətlə vuruşub. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb. 28 fevral 1994-cü ildə yenidən Ağdama döyüş bölgəsinə dönüb.


V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin 10 zirehli texnikasını sıradan çıxarıb. Bunun 8-i tank, 2-si isə PDM-dır (piyada döyüş maşını) idi.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub. Ailəlidir. İki övladı var. Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi