Modern.az

“Vikipediya”da Milli qəhrəmanlarımızla bağlı YENİLİK  

“Vikipediya”da Milli qəhrəmanlarımızla bağlı YENİLİK   

20 Sentyabr 2018, 13:22

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli Vikipediyada Milli qəhrəmanlarımız haqqında məqalələr yaradılıb.

Modern.az xəbər verir ki, məqalələrdə Azərbaycanın Milli qəhrəmanları – Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov, Aslan Atakişiyev, Koroğlu Rəhimov, Nofəl Quliyev,Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması üzərində iş aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir