Modern.az

Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab

Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab

Dünya

20 Sentyabr 2018, 14:14

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan münaqişəsinə toxunub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sidorov Ermənistanın müraciət etmədiyi üçün KTMT-nin hadisələrə müdaxilə etmədiyini bəyan edib.

Burada söhbət Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlikdən gedir.

 

“Ermənistan tərəfindən heç bir müraciət olmayıb. Buna görə də bu məsələ ilə bağlı KTMT-nin hərbi gücü tətbiq edilə bilməz. Ümid edirik ki, tərəflər bu məsələni sülh yolu ilə həll edəcəklər” – Sidorov bildirib.

KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov da hadisəyə münasibət bildirərək Ermənistanın KTMT-yə yox BMT-yə müraciət etdiyini vurğulayıb.

 

“Hesab edirəm ki, bununla məsələ həll olunub” – Zeynəddinov qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!