Modern.az

BDU-nun rəsmisi beynəlxalq tədbirdə erməni nümayəndəni susdurdu

BDU-nun rəsmisi beynəlxalq tədbirdə erməni nümayəndəni susdurdu

Aktual

20 Sentyabr 2018, 14:22

Rusiya Federasiyasının Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının “Avroasiya məkanında regionların sosial inkişafı” mövzusunda XXXI qurultayı keçirilib. Yekun iclasda gələn il Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Aldığımız məlumatlara görə, Ermənistan nümayəndə heyəti bu qərarı etirazla qarşılayıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyevin sözlərinə görə, təbrirdə çıxış edən  erməni nümayəndə heyəti bir neçə il bundan qabaq “Artsak Universitet”inin nümayəndə heyətinin də assossasiyaya çağırıldığını, amma assossasiyaya qəbul olunmadığını qeyd etdi.

 

“Onlar bildirdilər ki, quruma bu gün həmin qəbildən olan “respublikalar”ın universitetləri qəbul olunur. Mən orada çıxış edib onlara xatırlatdım ki, 5-6 il əvvəl Xankəndində yerləşən “Artsak” adlı universitetin rektorunu Arvoasiya Universitetlər Assossasiyasının qurultayına dəvət etmişdilər, müstəqil bir qurum kimi. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da o assosiasiyanın vitse-prezidentidir. Abel müəllim həmin iclasda qəti etiraz edərək bildirmişdi ki, bu qurumu dünyanın heç bir ölkəsi tanımır və biz onları assosiasiyaya üzv olaraq qəbul edə bilmərik. Onda həmin universitetin asssosiasiyaya üzv olma məsələsi Abel müəllimin təşəbbüsü ilə dayandırılmışdı. Mən də onlara xatırlatdım ki, bu məsələ universitet rektorlarının qurultayında həll olunur və o barədə söhbət ola bilməz”.

 

Fikrət Şiriyev deyib ki, gələn il Bakı Dövlət Universitetinin 100 illik yubileyi olacaq deyə təkliflər sırasında Avroasiya Universitetlərinin Həmkarlar İttifaqları Assosiasiyasının növbəti qurultayının Bakıda keçirilməsi məsələsi var idi.

“ Mən bu təklifi irəli sürəndə erməni nümayəndə etirazını bildirdi və “qurultayı elə yerdə keçirmək lazımdır ki, bütün assosiasiya üzvləri iştirak edə bilsin” dedi. Mən də ona cavab olaraq “Bu məsələni assosiasiya üzvlərinin ixtiyarına vermək lazımdır” dedim. Çünki mən ondan qabaq üzvlərlə danışmışdım,qərar qəbul olunmuşdu ki, qurultayın Bakıda keçiriləcəyinə səs veriləcək. Elə də oldu həqiqətən, qurultayın Bakıda keçirilməsi haqqında qərar qəbul olundu. Amma mən erməni nümayəndə heyətinə camaatın içində ürək sözümü tam deyə bilmədim. Çıxanda dəhlizdə ona yaxınlaşdım dedim ki, siz narahat olmayın, əgər Paşinyan baş nazir vəzifəsində dayana bilsə, onda biz Qarabağı azad edəcəyik və siz problemsiz şəkildə gəlib iştirak edə biləcəksiniz. Bu da erməni nümayəndə heyətinin rəhbərinə pis təsir etdi. Bunun siyasi söhbət olduğunu dedi. Daha sonra Bakı haqqında çox eşitdiyini, Avropanın şəhərlərinə bənzədiyini və Bakıda olmaq istədiyini qeyd etdi. Mən də ona bildirdim ki, Azərbaycan xalqı sülhseverdi və heç bir təhlükə ola biməz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı