Modern.az

Qubada modul tipli məktəb yandı

Qubada modul tipli məktəb yandı

20 Sentyabr 2018, 14:32

Qubada dağ kəndində tikintisi başa çatmayan modul tipli natamam orta  məktəb gecə yanıb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Çarxaçu kəndində baş verib. Yanğına səbəb kimi elektrik xətlərində qısaqapanma göstərilir. 

Yanğın olan əraziyə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər gəlib. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...