Modern.az

Polşalı mütəxəssis azərbaycanlı tələbələrə seminar keçdi

Polşalı mütəxəssis azərbaycanlı tələbələrə seminar keçdi

20 Sentyabr 2018, 14:44

Polşanın Nicolaus Copernicus Universitetinin müəllimi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Przemyslaw Charzynski Biznes Məktəbinin tələbələri üçün seminar keçib.

Qeyd edək ki, “Erasmus+” proqramı üzrə reallaşdırılan əməkdaşlıq çərçivəsində bu günlərdə daha bir polşalı mütəxəssis Qərbi Kaspi Universitetində qonaq olacaq.

Modern.az xəbər verir ki, Nicolaus Copernicus Universitetinin müəllimi Dr. Marcin Switoniak da tələbələr üçün mühazirə ilə çıxış edəcək.

Qonaq müəllimlərin seminar və mühazirələri dünya ölkələrində coğrafi, tarixi, etnik, mədəni və turizm məsələləri, bir sıra regionlarda torpaqların dağılmasının əsas növlərinin nəzərdən keçirilməsi və bunun ekoloji qaçqınların miqrasiyasına və turizm məsələlərinə təsiri, macəra və adrenalin turizm məsələləri, kulinariya və s. istiqamətləri əhatə edir.

Proqram çərçivəsində eyni zamanda Qərbi Kaspi Universitetinin müəllimi Nicolaus Copernicus Universitetində dərs deyəcək. Universitetin Biznes məktəbinin dekanı Konül Hilal oktyabr ayında Nicolaus Copernicus Universitetində bir həftə ərzində “Turizmdə marketinq” mövzusunda mühazirələrlə çıxış edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir