Modern.az

Hadi Rəcəbli litvalı deputatla nələrdən danışdı?

Hadi Rəcəbli litvalı deputatla nələrdən danışdı?

20 Sentyabr 2018, 14:50

Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı ölkəmizə gəlmiş nümayəndə heyətləri müvafiq parlament strukturları ilə işgüzar görüşlər keçirir, qanun yaradıcılığı problemləri ilə bağlı fikir və təcrübə  mübadiləsi edirlər.

 

Modern.az xəbər verir ki, belə görüşlərdən biri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə Litva Seyminin Sosial işlər və əmək komitəsinin sədri Remante Şalaşeviçiutenin görüşü olub.

Hadi Rəcəbli ölkə prezidentinin sosial müdafiə sistemi sahəsində apardığı qlobal, ardıcıl, və mütərəqqi idarəetmə modeli haqqında ətraflı məlumat verib.

Azərbaycanda bu baxımdan üç əsas prinsip önə çəkilib: - ünvanlılıq, əlçatanlıq və şəffaflıq.

Komitə sədri ölkədə passiv, ələbaxımlılıq tipli sosial müdafiə metodlarından fəal və inkişaf yönlü sosial müdafiə sisteminə istiqamət götürməsindən, bu sahədə dünya təcrübəsinə cavab verən qanunların hazırlanmasından söz açıb.

 

Azərbaycanda bu qrup insanların özünüməşğulluq, kiçik biznes, xidmət və digər əməktutumlu işlə əhatə olunduğunu bildirib.

Əlillər və sosial müdafiə ehtiyacı olan bütün qrup insanlar üçün məşğulluq şəraitinin yaradıldığını xüsusi vurğulayıb.

Görüşdə məmur vətəndaş kontaktının minimuma endirilməsi, ölkədə mövcud olan elektron hökumət elementlərindən geniş söhbət açıb.

 

Müzakirələrin böyük bir hissəsi ərazilərimizin 20%-nin təcavüzkar erməni qonşularımız tərəfindən işğalı, bunun nəticəsində 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların problemlərinə həsr olunub.

Mütərəqqi pensiya islahatları, demoqrafik təhlükəsizlik məsələləri, işsizlikdən sığorta tələbləri və digər aktual mövzular da ətraflı müzakirə edilib.

Litva Seyminin Sosial işlər və əmək komitəsinin sədri Remante Şalaşeviçiute və Seymin digər deputatı Ausra Rapirtiene faydalı məlumatlara görə Hadi Rəcəbliyə minnətdarlıqlarını bildiriblər. Gələcəkdə də bu sahədə geniş təcrübə mübadiləsinə və fikir bölüşdürməyə böyük ehtiyac olduğunu qeyd ediblər.

 

Azərbaycanda özünüməşğulluğun sosial müdafiəyə ehtiyacı olan əhali arasında tətbiqi qonaqaların diqqətini xüsusən cəlb etdi. Bununla əlaqədar, onlar vaxtaşırı bu mövzunu komitə üzvləri ilə çözəcəklərini bildiriblər.

 

Qonaqlar Litvada qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün tibbi sığortanın tətbiqinin verdiyi faydalar haqda danışıblar. Belə ki, bu siyasətin tətbiqi ilə vətəndaş, işçi fəallığı xeyli artıb və nəticədə ölkədə sığortaya cəlb olunanların faizi yüksəlib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...