Modern.az

Şimali və Cənubi Koreya sülh müqaviləsi imzalaya bilər

Şimali və Cənubi Koreya sülh müqaviləsi imzalaya bilər

20 Sentyabr 2018, 15:12

Koreya Respublikasının prezidenti Mun Cje İn Şimali Koreya lideri ilə görüşdən sonra ABŞ prezidenti Donald Trampa birgə təklif aparacağını bildirib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Mun Cje İN Kim Çen Inın 1953-cü ildən bəri davam edən atəşkəs rejiminin bitməsi və 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin imzalanması təklifini Trampa çatdıracaq.

 

Mun bu təklifi ABŞ-a səfəri zamanı prezident Trampa çatdıracağını qeyd edib.

“Söhbət müharibənin bu ilin sonuna kimi sonlandırılması barədə bəyannamənin imzalanmasından gedir. Mən bunu prezident Trampla müzakirə edəcəyəm” -  Koreya Respublikası prezidenti bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In ABŞ-ın da qarşılıqlı addımlar atmasını gözlədiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır