Modern.az

Bakıda ağır qəza: 4 ölüdən biri tanınmaz hala düşdü - VİDEO

Bakıda ağır qəza: 4 ölüdən biri tanınmaz hala düşdü - VİDEO

Aktual

20 Sentyabr 2018, 20:41

Bakıda ağır yol qəzası baş verib. Modern.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb. 

 

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova "Report"a bildirib ki, avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub: “Hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb. Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı