Modern.az

Türkiyədə Etimad İsmayılovla vida mərasimi oldu - VİDEO

Türkiyədə Etimad İsmayılovla vida mərasimi oldu - VİDEO

20 Sentyabr 2018, 21:35

Dünən İstanbulda öz ofisində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi keçirilib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Florya Yeni Camidə baş tutan mərasimə E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva 5 yaşlı oğlu və yaxınları qatılıblar.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, İstanbul polis rəisi Mustafa Çalışqan, “Star” qəzetinin rəhbəri Nuh Albayraq, “Anadolu” agentliyinin İstanbul bölgəsi üzrə müdiri Hüseyin Altınalan, “24 TV”nin rəhbəri Nagehan Alçı, jurnalistlər Saaadet Oruç, Həlimə Kökçə və digər tanınmış simalar S.Nuriyevanı tək qoymayıblar.

 

Cənazə namazı qılındıqdan sonra E.İsmayılovun nəşi Azərbaycana göndərilmək üçün Atatürk Hava Limanına yola salınıb.

Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Cinayəti törədən Gözəl Dəmirov Bakı vaxtı ilə 02:00 radələrində tutulub.

E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğlu və birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub. Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbağça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir